Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:38

Uyğurlar Qazaxıstanda nümayişə çıxıb


İyulun 19-da Qazaxıstandakı Uyğur icmasının nümayəndələri Alma-Atı şəhərində nümayişə çıxıblar

İyulun 19-da Qazaxıstandakı Uyğur icmasının nümayəndələri Alma-Atı şəhərində nümayişə çıxıblar

İyulun 19-da Qazaxıstandakı Uyğur icmasının nümayəndələri Alma-Atı şəhərində nümayişə çıxıblar.

«Röyters»in məlumatına görə nümayişdə 5 minə yaxın adam iştirak edib.

Nümayişçilər Çində uyğurların hüquqlarının pozulmasına son qoyulmasını, siyasi məhbusların azad edilməsini və bu yaxınlarda əsasən uyğurların yaşadığı Sincan əyalətində baş vermiş hərc-mərcliyin ədalətli araşdırılmasını tələb ediblər.

Həmçinin bu gün Fransanın paytaxtı Parisdə yüzlərlə etnik uyğur və onların tərəfdarları nümayişə çıxıb.

Nümayişçilər «Sincan»da soyqırımına son qoyulsun» , «Uyğurlar ədalət istəyir» kimi şüarlar səsləndiriblər.

Fransadakı Uyğur Assosiasiyasının rəhbəri Yusifi Əkbər deyib ki, Çin hakimiyyətinin repressiyalarına son qoymaq üçün beynəlxalq aləm işə qarışmalı, Çinə təzyiq göstərməlidir.

Rəsmi məlumata görə iyulun əvvəllərində Sincanda baş vermiş hərc-mərclikdə 197 adam ölüb, 1700-ə yaxın adam yaralanıb, 1500-dən çox adamsa həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG