Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:24

Talibanı udmaq bir ilin işi deyil


Birləşmiş Ştatların müdafiə naziri Robert Qeyts (Robert Gates) deyir ki, Əfqanıstandakı kolaisiya qüvvələri bu müharibənin məğlubedilməz olmasıyla bağlı ictimai rəydən qaçmaq üçün gələn yay dönüş, irəliləyiş nümayiş etdirməlidir.

Robert Geyts Los Angeles Times qəzetinə müsahibəsində qeyd edib ki, Əfqanıstanda talibançılar üzərində qələbə uzunmüddətli məsələdir və Birləşmiş Ştatlar bu müharibəni bir ilə uda bilməz.

Avstraliyanın baş naziri Kevin Radd isə bu arada bəyan edib ki, onun ölkəsi Əfqanıstanda hərbi iştirakını davam etdirəcək.

O bunu Əfqanıstanda daha bir Avstraliya əsgərinin ölümüylə bağlı çıxışında deyib.

Avstraliya ümumilikdə Əfqanıstanda 11 əsgər itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG