Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:21

Uyğurlar Qazaxıstanda nümayişə çıxıb


Qazaxıstandakı Uyğur icmasının nümayəndələri bu gün Alma-Atı şəhərində nümayişə cıxıblar.

Röyterin məlumatına görə nümayişdə 5 minə yaxın adam iştirak edib.

Nümayişçilər Çində uyğurların hüquqlarının pozulmasına son qoyulmasını, siyasi məhbusların azad edilməsini və bu yaxınlarda əsasən uyğurların yaşadığı

Cincan əyalətində baş vermiş hərc-mərcliyin ədalətli araşdırılmasını tələb ediblər.

Həmçinin bu gün Fransanın paytaxtı Parisdə yüzlərlə etnik uyğur və onların tərəfdarları nümayişə çıxıb.

Nümayişçilər “Sincanda soyqırımına son qoyulsun ” , “ Uyğurlar ədalət istəyir ” kimi şüarlar səsləndiriblər.

Fransadakı Uyğur Assosiasiyasının rəhbəri Yusifi Əkbər deyib ki,Çin hakimiyyətinin repressiyalarına son qoymaq üçün Beynəlxalq aləm işə qarəşmalı,Çinə təzyiq göstərməlidi.

Rəsmi məlumata görə İyulun əvvəllərində Cincanda baş vermiş hərc-mərclikdə 197 adam ölüb,1700-ə yaxın adam yaralanıb, 1500-dən çox adamsa həbs olunub.
XS
SM
MD
LG