Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:30

Quba-Xınalıq yol qəzasında ölən-yaralananlar var


Quba-Xınalıq yolunda qəza baş verib, ölən və yaralananlar var

Quba-İstik-Xınalıq yolunda ağır yol qəza hadisəsi baş verib. Qubanın Qımız Qazma kəndi ərazisində Qazel markalı sərnişin avtobusu istirahət mərkəzinə gedən yolun sağ hissəsində yardımçı binaya çırpılıb. Nəticədə 15 nəfər yaralanıb.

Quba rayon rayon xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyevin verdiyi məlumata görə, xəstəxanaya 14 yaralı gətirilib. Yaralılardan 11-u uşaq, 4 nəfər isə yaşlıdır. Əsasən kəllə-beyin travması alan yaralılara ilkin tibbi yardım göstərilsə də, vəziyyətləri çox ağırdır.

Məlumat Səhiyyə Nazirliyinə verildikdən dərhal sonra Bakı Mərkəzi Klinik Xəstəxanadan aviasiya xətti ilə rayona iki travmatoloq, Qusar rayonundan isə 3 cərrah çağırılıb.

Quba rayon polis şöbəsindən bildiriblər ki, yaralılardan 2-si yolda keçinib.

Hadisənin baş vermə səbəbi araşdırılır.

İlkin versiyaya görə, qəzaya səbəb, avtobusun əyləcinin işlək vəziyyətdə olmamasıdır.

/ANSPRESS/
XS
SM
MD
LG