Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:59

Taliban əsir düşmüş Amerika əsgərini göstərib


Əfqanıstandakı Amerika komandanlığı talibançıların əsir götürülmüş Amerika əsgərini göstərməsini ittiham edib.

Komandanlığın sözçüsü kapitan Con Stok deyir ki, əsir düşmüş əsgərdən təbliğat vasitəsi kimi istifadə eləmək beynəlxalq normalara ziddir.

Təxminən yarım saatlıq çəkilişdə əsgər carpayıda oturmuş halda necə əsir düşməsindən , Amerika əsgərinin mənəviyyatı, müharibə və İslama öz baxışından danışır.

Əsgər iyunun 30-da Əfqanıstanın şərqində patrul xidmətində olarkən əsir düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG