Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:20

İnsan haqları qrupu Qroznıdakı ofisini bağlayıb


Rusiyanın Memorial insan haqları qrupu əmıəkdaşı Natalya Estemirovanın qətlindən sonra Çeçenistanda fəaliyyətini dayandırıb.

Təşkilatın icraçı direktoru Aleksandr Çerkasov deyir ki, ofis fəaliyyətini digər əməkdaşlarının təhlükəsizliyi baxımından dayandırır.

Amma o ofisin nə qədər bağlı olacağına aydınlıq gətirməyib.

Təşkilat deyir ki, bu qətlə görə Çeçenistan prezidenti Ramazan Kadirovun qüvvələri cavabdehlik daşıyır.

Bu ittihamı rədd edən Kadirov təşkilatı məhkəməyə vermək fikrindədi.
XS
SM
MD
LG