Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:02

«Adnanemin.com» xakerlərin hücumuna məruz qalıb


«Adnanemin.com» və «sozunduzu.com» internet saytları xakerlərin hücumuna məruz qalıb.

Bu barədə «Azadlıq» Radiosuna həmin saytların təsisçisi Elnur Məcidli xəbər verib. Hər iki sayt eyni serverdə yerləşir və hər ikisi blok olunub:

«Biz indi bunun səbəblərini aydınlaşdırırıq. Düşünürük ki, sayta süni pink göndərərək serveri çökdürüblər. Saytın admin paneli də blok olunub».

Elnur Məcidli deyir ki, serverin yerləşdiyi şirkət qısa müddət ərzində problemi həll edəcəyinə söz verib.

«Sozunduzu.com» siyasi və hökuməti tənqid edən saytdır. «Adnanemin.com» saytı isə gənc fəallar – Adnan Hacızadə və Emin Millinin həbsinə etiraz olaraq yaradılıb.

Elnur Məcidli xakerlərin hücumunun daha çox ikinci saytla əlaqəli olduğunu düşünür:

«Gənclərlə bağlı bütün məlumatları, onların həbsinə aid son yenilikləri, xarici və yerli mediada gedən materialları 6-7 dildə həmin saytda yerləşdirirdik. Görünür, bu xəbərlərin bir ünvandan bu cür yayılması kimlərsə narahat edir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG