Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:17

Bu gün ali məktəblərə IV qrup üzrə qəbul imtahanı keçirilir


Bu gün ölkənin ali məktəblərinə IV qrup üzrə qəbul imtahanı keçirilir. Bura həmçinin hərbi liseylər, Tibb Universitetinin orta hərbi tibb məktəbi, ali hərbi məktəblər və Türkiyənin Silahlı Qüvvələrinin quru qoşunları ali hərbi məktəbinə boş qalan yerlər də daxildir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, müsabiqənin yekunlarına əsasən 10 nəfər Türkiyəyə təhsil almağa göndəriləcək.

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində aparılır. IV qrupa 16 mindən çox abituriyent ərizə təqdim edib. Onlardan 15 minə yaxını Azərbaycan, qalanı rus bölməsinin məzunudur. Ən yaşlı abituriyent 59, ən gənci isə 15 yaşındadır.

TQDK-nın məlumatına görə, testlərin düzgün cavabları iyulun 18-I axşam saatlarından başlayaraq qurumun internet saytına yerləşdiriləcək.

XS
SM
MD
LG