Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:40

Avropa Birliyi müşahidəçi göndərməkdə təkidlidir


Avropa Birliyi öz müşahidəçilərinin Gürcüstanın separatçı bölgələri olan Cənubi Osetiya və Abxaziyaya buraxılmasını tələb edir.

Gürcüstanda səfərdə olan Birliyin rəhbəri, İsveçin Xarici İşlər naziri Karl Bildt bildirib ki, iki başqa beynəlxalq müşahidəçilərin regiondan çıxarılmasından sonra Avropa Birliyinin müşahidəçiləri mütləq orada olmalıdır.

- Avropa Birliyinin Gürcüstanın bütün ərazilərində müşahidə aparmağa mandatı var. Əlbəttə, bunhu həyata keçirmək çox çətindir. Amma biz bunda israr edirik. Vaxt keçir və biz orada olmağa hazırıq.

Keçən ilin avqustunda Gürcüstanın Rusiya ilə qısamüddətli müharibəsindən sonra Avropa müşahidəçiləri atəşkəsin pozulmamamsı üçün regionda müşahidələr aparır. Amma onları Moskvanın himayəsində olan separatçı bölgələrə buraxmırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG