Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:40

«İndiki prinsiplərlə razılaşma imzalansa, heç bir tərəf xoşbəxt olmayacaq»


Mark Perrin de Brişambo

Mark Perrin de Brişambo

«Biz Qarabağla bağlı bütün tərəflərdən bunu gözləyirik ki, özləri üçün ideal hesab etdiklərini bir kənara qoysunlar. Bunu sülh naminə, barışığa şans vermək naminə və vaxtında addım atmaq naminə etsinlər».

Bunu ATƏT-in baş katibi Mark Perrin de Brişambo Bakıda jurnalistlərə deyib

Brişambo deyir ki, indi həmsədrlərin təklif etdiyi prinsiplərlə razılaşma imzalansa, heç bir tərəf xoşbəxt olmayacaq, bu prinsiplərlə tərəflərin heç biri tam qane olmur, amma həmin prinsiplər anlaşma üçün bir əsas yaradır.

ATƏT-in baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşü ilə bağlı optimistdir. Hətta deyir ki, bu görüşdə razılaşma da imzalana bilər:

«Prezident İlham Əliyevlə görüşdə müşahidə etdim ki, Əliyev danışıqların Azərbaycanın maraqları çərçivəsində tezliklə həll olunmasının tərəfdarıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG