Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:47
«Elmarın ölümündə əli olan cinayətkarların tapılıb cəzalandırılacağına söz verilmişdi. İndiyə qədər bu baş verməyib. Soruşmaq istəyirəm, nə üçün? Amma bu gün bir neçə jurnalist həbsxanadadır. Və bildiyiniz kimi, iki gənc fəal - Adnan Hacızadə və Emin Milli də həbsdədirlər. Və yenə də onların işinin düzgün və ədalətli aparılmasını vəd edirlər. Gözləyərik görərik. Amma ümid edirəm ki, bir gün bu kimi qaranlıq məsələlər açılacaq».

Bu fikirləri iyulun 17-də ABŞ səfirliyinin nümayəndəsi Dmitri Taraxovski «Monitor» jurnalının keçmiş baş redaktoru Elmar Hüseynovun məzarı üstündə deyib.

Media mənsubları, siyasi partiya yetkililəri, ictimai təşkilatların və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə hər il keçirilən ənənəvi tədbirdə müxtəlif təkliflər də səslənib.

«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev həbs edilən gənc fəalların azadlığa buraxılması üçün ora toplaşanlar adından hökumətə müraciət ünvanlamağı təklif etdi.

«Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu isə Elmar Hüseynovun məzarı başında hər il keçirilən toplantılardan yalnız dualar oxuyub getmək yox, həm də söz demək üçün yararlanmağı məqsədəuyğun saydı.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə hakimiyyəti Elmarın qətlinin icraçıları və sifarişçiləri tapılmadıqca, hər an məsuliyyətinin artdığını unutmamağa çağırdı:

«Xalqın və Tanrının qarşısında. Elmar Hüseynov öz ölümü ilə də xalqa xidmət edir. Onun qətli Azərbaycanın cəsarətli insanlarını qoruyur. Onun qətlinin Azərbaycanda və dünyada doğurduğu rezonans belə qətlləri adi hesab edən adamların dəfələrlə düşünməsinə səbəb oldu - belə bir hərəkətin altından çıxa biləcəklərmi? Azərbaycanda hər kəs – tanınmış adamlardan tutmuş sıravilərə qədər hamı bilir ki, həqiqət hardadır, ədalət harda, kim haqlıdır, kim haqsız. Ona görə də özümüzə, millətimizə inanaraq yolumuzu davam etdirməliyik».

İyulun 17-də «Monitor» jurnalının keçmiş baş redaktoru Elmar Hüseynovun 42 yaşı tamam oldu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG