Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:17

Kadırov qətldə iştirakı barədə iddiaları rədd edir


Çeçenistanın prezidentyi Ramzan Kadırov insan haqları fəalı Natalya Estemirovanın qətlində hər hansı formada iştirakını inkar edir.

Dünən Rusiyadakı Memorial insan haqları qrupunun rəhbəri Oleq Orlov Estemirovanın qətlinə görə Kadırovu ittiham etmişdi.

Kadırovun internet saytında yerləşdirilən məlumata görə prezident Orlova zəng edərək ittihamları rədd edib.

Bir neçə gün əvvəl Natalya Estemirova Qroznıda oğurlanıb sonra da cəsədi qonşu İnquşetiyada tapılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG