Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:15

Aşqabadda «Nabukko» ilə bağlı müqavilə imzalanıb


Rəsmi Aşqabad Xəzər dənizində təbii qazın tədqiqi və hasilatı hüququnu «Nabukko» konsorsiumunun üzvünə verən müqaviləyə imza atıb. Bu barədə Türkmənistanın dövlət mətbuatı məlumat yayıb. «Neytralnıy Türkmənistan» qəzetinin yazdığına görə müqavilə «Nabukko» layihəsinin üzvü - Almaniyanın «RWE» şirkəti ilə bağlanıb.

Layihə Xəzər regionu qazının Rusiyadan yan keçməklə Avropaya ötürmək üçün xəttin çəkilməsini nəzərdə tutur.

Ötən həftə Türkmənistan prezidenti Qurbanqulu Berduməhəmmədov deyib ki, ölkəsi «Nabukko» layihəsini qazla təchiz etməyə hazırdır.
XS
SM
MD
LG