Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:12

İran polisi yenə gözyaşardıcı qaz işlətdi


İranda minlərlə müxalifət tərəfdarı Tehran universitetinin yaxınlığında toplaşıb, sabiq prezident Əkbər Haşemi Rəfsəncani cümə xütbəsi söyləyib.
Ancaq məlumata görə polis Rəfsəncaninin mühazirə dediyi yerin yaxınlığında yoxlama məntəqələri yerləşdirib.

Müxalifət tərəfdarları Tehran universitetinin şərq hissəsində toplaşıb, İranda siyasi məhbusların azadlığa buraxılması çağırışları eşidilib. Çoxlarının qolunda yaşıl rəngli sarğı olub və Mir Hüseyn Musəvini dəstəkləyən şüarlar səsləndiriblər.

Məlumata görə kütləni dağıtmaq üçün polis gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Musəvi İranda iyunun 12-də keçirilən prezident seçkilərinin saxtalaşdırıldığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG