Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:55
Gənclər hərəkatının fəalları Emin Milli və Adnan Hacızadənin apellyasiya şikayətinə baxılması təxirə salındı. İyulun 17-də keçirilən prosessdə gənclər məhkəməyə gətirilməyib.

Vəkilləri onların iştirakı olmadan məsələyə baxılmasını düzgün hesab etməyiblər və vəsatət qaldırıblar. Məhkəmə vəsatəti qəbul edib.

Proses iyulun 20-də davam etdiriləcək.

E.Milli və A.Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişəyə görə həbs olunub və xuliqanlıqda ittiham olunurlar. Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bir sıra beynəlxalq insan haqları təşkilatları gənclərə qarşı irəli sürülən xuliqanlıq ittihamı əsassız hesab edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG