Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:19

Azərbaycan-Ermənistan prezidentləri görüşəcək


Azərbaycan və Ermənistan prezidentləri iyulun 17-də növbəti dəfə Moskvada görüşür. Prezidentlərin təkbətək görüşündən sonra iyulun 18-də Rusiya prezidenti Dmitri Medvedevin iştirdakı ilə 3 tərəfli görüş olacaq.

Rusiya prezidentinin köməkçisi Sergey Prixodkanın daha əvvəl verdiyi məlumata görə, üçtərəfli görüş Kremldə keçiriləcək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsipləri müzakirə olunacaq. Onun sözlərinə görə, görüşün sonunda hansısa sənədin imzalanması planlaşdırılmır.

Bu son bir il ərzində Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən sayca 6-cı görüş olacaq. Bundan əvvəlki görüş iyunun 4-də Sankt-Peterburqda baş tutub.
XS
SM
MD
LG