Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:28

İndoneziyada 9 nəfər ölüb, 50 yaralı var


Paytaxt Cakartada oteldə partlayışlar zamanı 9 nəfər ölüb, 50 yaralı var. Bu barədə İndoneziyanın təhlükəsizlik naziri məlumat verib.

Nazir ölənlər arasında Yeni Zelandiyadan da bir nəfərin olduğunu deyib.

Daha 13 əcnəbi «Ritz-Carlton» və «Mariott» otelində partlayış zamanı xəsarət alıb.

«Mariott» otelində 2003-cü ildə də partlayış olmuşdu, həmin vaxt 12 nəfər ölmüş, 150 nəfər yaralanmışdı.
XS
SM
MD
LG