Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:13

Gəncədə diabetiklərin sayı hər ay 14 faiz artır


Bu il şəkərli diabetdən əziyyət çəkənlərin sayı 7 min 998 nəfərə çatıb.

Bu barədə Gəncə şəhər Endokrinoloji Xəstəxananın baş həkimi Süleyman Priyev «Azadlıq» radiosuna məlumat verib. O, bildirib ki, qeydə alınan xəstələrin 31 nəfəri azyaşlıdır.

«Şəkər xəstələrinin sayında hər ay 15 faizədək artım müşahidə olunur. Ötən ilin müvafiq dövründə bu xəstələrin sayı 6 min 839 nəfər olub. Göstəricilər onu müəyyən edir ki, diabet həm də get-gedə cavanlaşan xəstəliklər sırasına daxil olur. Bu xəstələrin 60 faizini qadınlar təşkil edir».

S.Priyev bildirdi ki, bu il ərzində Gəncə şəhərindəki diabetiklər üçün 7 min 800 şəkər tənzimləyici aparatlar verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG