Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:15

Gənc fəallar dərhal azadlığa buraxılmalıdır


«Sərhədsiz Reportyorlar» inanır ki, 2 gənc bloqqerə qarşı qaldırılan xuliqanlıq ittihamı əsassızdır

«Sərhədsiz Reportyorlar» inanır ki, 2 gənc bloqqerə qarşı qaldırılan xuliqanlıq ittihamı əsassızdır

«Sərhədsiz Reportyorlar» Təşkilatı Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədova məktub yazaraq, Emin Milli və Adnan Hacızadəni dərhal azadlığa buraxmağa çağırıb.

Təşkilat inanır ki, 2 gənc bloqqerə qarşı qaldırılan xuliqanlıq ittihamı əsassızdır. «Sərhədsiz Reportyorlar»ın baş katibi Jan-François Julliardın nazirə ünvanlandığı məktubda bu məsələylə bağlı ciddi insan haqlarının pozuntularının olduğu da qeyd edilir.

Baş katib həmçinin 5 ilə qədər azadlıqdan məhrumetmə gözləyən gənclərin həbsinin əsl səbəbinin nə olduğunu öyrənmək istəyir. «Sərhədsiz Reportyorlar» bildirir ki, gənclərə qarşı ittihamın geri götürülməsi insan haqları və ifadə azadlığına hörmətin yaxşılaşdırılmasına güclü siqnal vermiş olacaq.

Təşkilat Emin Milli və Adnan Hacızadənin vəkillərinə istinadən deyir ki, gənclərin həbsi qanunsuzdur və hüquq pozuntusuna yol vermələri ilə bağlı sübut da yoxdur.

Jan-François Julliard hesab edir ki, nazir Fikrət Məmmədov bu məsələyə diqqətlə baxacaq.

E.Milli və A.Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişəyə görə həbs olunub və xuliqanlıqda ittiham olunurlar. Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bu gün məhkəmədə onların apelyasiya şikayətinə baxılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG