Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:20

ATƏT: Azərbaycanda söz azadlığı ölür


ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Reuters agentliyinə deyib ki, Azərbaycanda iki bloqqerin həbsi açıq-aydın sübutdur ki, Azərbaycanda söz azadlığı ölür.

Adnan Hacızadə və Emin Milli iyulun 8-də restoranda iki nəfərin hücumuna məruz qalıblar, ancaq özləri həbs olunublar və indi onları 1 ildən 5 ilə kimi həbs cəzası gözləyir.

Haraşti Adnan Hacızadə və Emin Millini tənqidi düşüncəli gənclər adlandırıb və deyib: “mən bilirəm ki, onlar bu hadisədə günahsızdırlar”.

Haraçti deyib ki, belə hadisələrin Azərbaycanda media azadlığının vəziyyətinə geniş təsiri var. “Azərbaycanda ictimai məsələlərin müzakirəsi ölür”.
Haraşti deyib ki, "hüquq-mühafizə orqanları jurnalistləri zorakılıqdan qorumaq əvəzinə, belə hadisələrdən istifadə eləyib, onları barmaqlıq arxasına atır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG