Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:30

Obamaya açıq məktub


Şərqi Avropanın bir sıra keçmiş lideri Barak Obamaya açıq məktub yazıblar.
Məktubda Amerikanın bu regiondakı siyasətində regionun strateji ehtiyaclarına biganəlikdən şikayət olunur və Obamanı Rusiyaya münasibətdə daha sərt mövqe tutmağa çağırırlar.
Məktubda deyilir ki, Amerikanın Polşada və Çexiyada nüvə hücumundan qalxan düzəltmək planı çox əhəmiyyətlidir, bundan imtina və ya Rusiyanın bu işə cəlb olunması Amerikanın regiondakı etibarına xələl vuracaq.
Məktubu Polşanın, Çexiyanın, Litvanın, Latviyanın, Rumıniyanın keçmiş prezidentləri, bir sıra keçmiş baş nazirlər, müdafiə və xarici işlər nazirləri imzalayıb.
XS
SM
MD
LG