Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:57

Sərhəddəki atışma ilə bağlı rəsmi məlumat yayılıb


Atışmada bir Azərbaycan hərbçisi həlak olub
Atışmada bir Azərbaycan hərbçisi həlak olub
Dövlət Sərhəd Xidməti Azərbaycan-Rusiya sərhədini qanunsuz keçmək istəyən silahlı dəstə ilə bağlı məlumat yayıb. Məlumata görə, iyulun 16-sı gecə saat 3 radələrində Balakən rayonu Mahamalar kəndi istiqamətində sərhədçilər 6-7 nəfər naməlum şəxsdən ibarət mütəşəkkil silahlı dəstənin Azərbaycan sərhədini qanunsuz pozmaq cəhdinin qarşısı alıb.

Məlumatda qeyd olunur ki, mütəşəkkil silahlı dəstənin üzvləri tərəfindən sərhəd naryadına qarşı odlu silah tətbiq edilib, nəticədə əsgər Bəhruz İsayev yaralanıb. Cavab atəşi ilə dəstə üzvlərindən biri öldürülüb, digərisə yaralanıb. Öldürülən silahlının şəxsiyyəti hələ tam dəqiqləşdirilməyib. Digər dəstə üzvləri ərazidən qaça biliblər.

Hadisə ilə əlaqədar əraziyə Sərhəd Xidmətinin çevik bölmələri cəlb olunub. Silahlı dəstə üzvlərinin izlənilməsi zamanı onların atıb qaçdıqları səhra kisələrində xeyli miqdarda əl qumbaraları, hərbi sursat, dağlıq ərazidə uzun müddət qalmaq üçün ərzaq, geyim əşyaları, digər ləvazimat və avadanlıqlar aşkar olunaraq götürülüb.

Fakt üzrə Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd etmə), 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi başlanıb.

Məlumatda mütəşəkkil silahlı dəstənin digər üzvlərinin aşkar edilərək yaxalanması üzrə birgə əməliyyat-axtarış tədbirləri davam etdirildiyi bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG