Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:03

Qəzalı vəziyyətdə olan binanın sakinləri başqa yerə köçürülüb


Bakının Mirzağa Əliyev və Dilarə Əliyeva küçələrində qəzalı vəziyyətdə olan binanın sakinləri başqa yerə köçürülüb. Onlara yeni ev alınacağına söz verilib. Bu barədə «Azadlıq» radiosuna həmin sakinlərdən biri Fəridə Əhmədova məlumat verib. Onun sözlərinə görə, ərazidə ev tikən şirkət bütün ailələri razı salıb. Yalnız bundan sonra hamı köçməyə razı olub:

«Bizim ailəni müvəqqəti kirayə evlə təmin elədilər. Mənə nə qədər pul verəcəklərini demədilər, sadəcə bildirdilər ki, get ürəyin istəyən evi tap, biz alaq. Qalan qonşulara da belə deyilib».

Bakının Mirzağa Əliyev və Dilarə Əliyeva küçələrində iki mərtəbəli binanın yaxınlığında aparılan qazıntı işlərindən sonra bir neçə ailənin yaşadığı iki mərtəli bina uçmaq təhlükəsi ilə üzləşmişdi.

Qazıntı işlərini aparan «Kapital İnvest» MMC şirkətinin rəsmisi Ramiz Cabbarov ötən gün «Azadlıq» radiosuna deyib ki, binanın qəzalı vəziyyətə düşməsi qazıntı işlərilə bağlı deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG