Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:26

Bomba qoyulması barədə yalan məlumat verən məktəbli saxlanıb


Sumqayıt şəhərində Fövqəladə Hallar Nazirliyinin inzibati binasına bomba qoyulması barədə yalan məlumat verən məktəbli saxlanıb.

Bu barədə «APA»ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Bir neçə gün əvvəl FHN-in «112» xidmətinə zəng edən naməlum şəxs nazirliyin Sumqayıt şəhərində yerləşən inzibati binasına partlayıcı qurğu qoyulması barədə məlumat verib. Axtarış tədbirləri nəticəsində məlumat təsdiqlənməyib.

Hadisəni araşdıran əməliyyat qrupu anonim zəngin Sumqayıt şəhər sakini Fatimə Mustafayeva adlı qadının mobil telefonundan edildiyini müəyyən edib. Yalan məlumat verən şəxsin isə F. Mustafayevanın 12 yaşlı oğlu, Sumqayıt şəhər 39 saylı orta məktəbin şagirdi Vüsal Tələt oğlu Mustafayev olduğu məlum olub.

V. Mustafayev artıq saxlanılıb və faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG