Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:31
Rusiyanın insan haqlarını müdafiə qrupları fəal Natalya Estemirovanın oğurlanması və öldürülməsində Çeçenistan prezidenti Ramzan Kadirovu günahlandırırlar.

«Memorial» insan haqlarını müdafiə təşkilatı üçün işləyən Natalya Estemirova Çeçenistanda polisin öz vəzifəsindən sui-istifadə etməsi faktını araşdırırdı.

O, iyulun 15-i səhər Qroznıda oğurlanıb. Onun meyitini sonradan İnquşetiyada tapıblar.

«Memorial»-ın sədri bu işdə Ramzan Kadırovun əli olduğunu deyib. Çeçenistan prezidenti isə bildirib ki, bu qətli törədənə ən ağır cəza verilməlidir.

Avropa Birliyi və ABŞ hüquq müdafiəçisinin qətlini pisləyiblər və Rusiyanı cinayətin üstünü açmaq üçün əlindən gələni etməyə çağırıblar.

«Freedoom House» və «Human Rights Watch» kimi beynəlxalq insan haqları təşkilatları da eyni bəyanatla çıxış ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG