Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:46

ATƏT-in baş katibinin Azərbaycana səfəri başlayıb


ATƏT-in baş katibi, səfir Mark Perrin de Brişambonun Azərbaycana səfəri başlayıb.

Baş katib jurnalistlərə müsahibəsində bildirmişdir ki, ikigünlük səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirəcəkdir. Bu görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regional əməkdaşlıq və digər məsələlər müzakirə ediləcəkdir. Azərbaycan-ATƏT əməkdaşlığının mövcud vəziyyəti də xüsusi diqqət mərkəzində olacaqdır.

Iyulun 16-dan etibarən Mark Perren de Brişambonun rəsmi görüşləri başlayacaq. O, dövlət başçısı, İqtisadi İnkişaf, Daxili İşlər, Ədliyyə nazirliklərində, Baş Prokurorluqda və Parlament təmsilçiləri ilə görüşəcək.

Mark Perren de Brişambo iyulun 17-dək Azərbaycanda olacaq. İyulun 17-də səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriləcək.

Brişambo iyulun 15-də Azərbaycana gəlib.
XS
SM
MD
LG