Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:18

Estemirovanın qətlində Çeçenistan prezidenti günahlandırılır


Rusiyanın insan haqlarını müdafiə qrupları fəal Natalya Estemirovanın oğurlanması və öldürülməsində Çeçenistan prezidenti Ramzan Kadirovu günahlandırırlar.

«Memorial» insan haqlarını müdafiə təşkilatı üçün işləyən Natalya Estemirova Çeçenistanda polisin öz vəzifəsindən sui-istifadə etmısini araşdırırdı. O, iyulun 15-i səhər Qroznıda oğurlanıb. Onun meyiddini sonradan İnquşetiyada tapıblar. «Memorial»-ın sədri bu işdə Ramzan Kadırovun əli olduğunu deyib. Çeçenistan prezidenti isə bildirib ki, bu qətli törədənə ən ağır cəza verilməlidir.

Avropa Birliyi və ABŞ hüquq müdafəçisinin qətlini pisləyiblər və Rusiyanı qətlin üstünü açmaq üçün əlindən gələni etməyə çağırıblar..

«Freedoom House» və «Human Rights Watch».da eyni bəyanatla çıxış ediblər.
XS
SM
MD
LG