Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:49

İranda ölənlərin sayı hakimiyyətin dediyindən çoxdu


Ötən ay İranda etiraz aksiyalarında ölənlərin sayı hakimiyyətin dediyindən çoxdu.

Bunu insan haqları təşkilatları deyir.

İranın hakim dairələri həmin hadisələrdə cəmi 20 nəfərin öldüyünü deyir.

İranda İnsan Haqları Uğrunda Beynəlxalq Kampaniyanın verdiyi məlumata görə isə təkcə iyunun 20-də Tehran xəstəxanalarına azı 34 adamın meyiti gətirilib.

İran insan haqları müdafiəçisi Şirin Ebadi isə deyir ki, həmin hadisələrdə 100 adam ölüb.
XS
SM
MD
LG