Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:17

Metronun «İçərişəhər» stansiyası bağlandı


Eskalatorların əvəzlənməsi işləri sentyabr ayının 10-dək tam başa çatdırılacaq

Eskalatorların əvəzlənməsi işləri sentyabr ayının 10-dək tam başa çatdırılacaq

İyulun 15-dən Bakı metropoliteninin «İçərişəhər» stansiyası bağlanıb.

Stansiyanın fəaliyyətinin dayandırılması eskalatorların rekonstruksiyası ilə bağlıdır. Bu gündən etibarən stansiyada eskalatorların əvəzlənməsi işlərinə başlanacaq.

Eskalatorların əvəzlənməsi işləri sentyabr ayının 10-dək tam başa çatdırılacaq. Yeni eskalatorlar Fransanın «Systra» şirkətinin istehsalıdır.

«İçərişəhər» metro stansiyasında yenidənqurma işlərinə ötən ilin iyul ayında start verilmişdi. Bu layihə çərçivəsində metro stansiyasının fasadı dəyişdirildikdən sonra yeni görkəmdə ötən ilin dekabrında fəaliyyətə başlamışdı.

Şərhləri göstər

XS
SM
MD
LG