Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:43

Söyüş söymək də dərman imiş


Bakı divarlarında söyüş, mart 2009
Bakı divarlarında söyüş, mart 2009
Söyüş ağrını azalda bilər? Böyük Britaniyadakı Kili Universitetinə görə, bəli!

«Çeşmə» qəzetinin lətifələrindən:
Bir neçə il əvvəl Polad Bülbüloğlu öz bağında hasarı təmir edirmiş. Qonşunun kiçik oğlu da kənardan diqqətlə nazirə tamaşa edir. Polad müəllim uşağın gözünü ondan çəkmədiyini görüb soruşur:
- Çox diqqətlə baxırsan, yəqin xarratlıqdan xoşun gəlir, eləmi?
Uşaq cavab verir:
- Yox, ona baxmıram. Gözləyirəm ki, Mədəniyyət naziri çəkici barmağına vuranda nə deyir?!
Universitet bu günlərdə yaydığı məlumatda qeyd edir ki, 66 nəfər könüllü üzərində araşdırmalardan sonra bu qənaətə gəlib.

Təcrübədə iştirak edənlərə beş söyüş sözü yazılmış bir siyahı veriblər. Onlara təklif ediblər ki, əllərini buz kimi suyun içində saxlasınlar. Ağrıya görə isə siyahıdakı söyüş sözlərdən birini tez-tez təkrar etsinlər.

Könüllülərə həmin söyüşləri çəkiclə barmaqlarına vuranda da demələri tapşırılıb.

Sonra eksperiment yalnız bir söyüş sözü ilə davam etdirilib.

Sınaqda iştirak edənlər söyüş söyəndə əllərini soyuq suda daha çox saxlayıblar. Onların ürək döyüntüləri də ağrının azaldığını göstərib.

Təcrübəni aparan alimlər əmindirlər ki, söyüş söyən adamlar daha qətiyyətli olur və qəzəbləri artır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG