Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:06

Gürcüstanla Abxaziya "Qaynar Xətt" yaratmaq razılığına gəliblər


Abxaziyanın Qali şəhərində Gürcü-Abxaz münaqişə zonasında gələcək insidentlərin qarşısının alınması müzakirə olunub.

BMT-nin ofisində keçirilmiş görüşdə Gürcüstan, Abxaziya, Rusiya, BMT və Avropa Birliyinin nümayəndələri iştirak edib.

Azadlıq Radiosunun müxbiri Gürcüstanın nümayəndə heyətinə istinadla xəbər verir ki, görüşdə həmçinin Qalidəki gürcü sakinlərinin təhlükəsizliyinə təminat verilməsinin mümkünlüyü də müzakirə olunub.

Tərəflər sərhəd zonasındakı vəziyyətlə bağlı informasiya almaq üçün “ Qaynar Xətt ” yaratmaq razılığına gəliblər.
XS
SM
MD
LG