Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:35

Amerikalı yazarlar Tovuz rayonuna gediblər


Amerikalı yazarlar Tovuz rayonuna gediblər. Yazarların məqsədləri rayonun sərhəd kəndlərindən məqalələr yazmaq olub.

ABŞ-dan gələn qələm sahibləri, Montana Universitetinin professoru Tomas Golds və Strateji əlaqələr və biznesin inkişafı məsələləri üzrə təşkilatınin rəhbəri (Strategic communications, business development, public affairs principal) Jason Katz Tovuzun Ermənistanla sərhəd Hacallı kəndində müharibə zamanı atəşə tutulan, güllə izlərinin hələ də durduğu orta məktəbə gediblər.

Tovuzun Ağdam kəndində də olan qonaqlar yerli sakinlərlə söhbətlər aparıblar. Səfərlərinin nəticəsi olaraq ABŞ-dan gələn yazarlar gördükləri reallıqları ölkələrinə qayıtdıqdan sonra KİV-lərinə, ictimaiyyətə və konqresə çatdıracaqlarını bildiriblər.

T.Golds 1991-1996-cı illərdə azərbaycandakı ictimai-siyasi proseslərdən bəhs edən kitabın müəllifidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG