Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:08

«Mi-8»in sərnişinlərindən birinin meyiti tapılıb


«Mi-8» tipli vertolyot iyulun 12-də qəzaya uğrayıb. Göyərtədəki 6 nəfərdən 2-si ölüb, 4 nəfər isə xilas edilib

«Mi-8» tipli vertolyot iyulun 12-də qəzaya uğrayıb. Göyərtədəki 6 nəfərdən 2-si ölüb, 4 nəfər isə xilas edilib

İyulun 12-də Xəzərin Azərbaycan sektorunda qəzaya uğrayaraq dənizə düşmüş «AZAL»a məxsus «Mi-8» vertolyotunun göyərtəsində 1 nəfərin meyitinin olduğu müəyyənləşdirilib.

Bu barədə «Azadlıq» radiosuna «AZAL»ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.

M. Səfərlinin sözlərinə görə, dənizin dibinə baxış zamanı vertolyotun kabinəsində 1 meyitin olduğu müşahidə edilib. Meyitin şəxsiyyəti vertolyotun qalıqları dənizin dibindən çıxarıldıqdan sonra müəyyənləşdiriləcək.

«AZAL» nümayəndəsi hazırda itkin düşmüş ikinci şəxsin axtarışının davam etdirildiyini də bildirib.

«Mi-8» tipli vertolyot iyulun 12-də qəzaya uğrayıb. Göyərtədəki 6 nəfərdən 2-si ölüb, 4 nəfər isə xilas edilib.

Həmçinin bax

Qəzadan sağ çıxan mexanikin dedikləri
İki ildə iki vertolyot qəzası
Vertolyot qəzası ilə bağlı komissiya yaradılıb

Günün bütün mövzuları

XS
SM
MD
LG