Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:09

Çinli yazıçı və ziyalılar uyğur fəalını azad etməyə çağırır


Yüzdən çox çinli yazıçı və ziyalı uyğur fəalı İlham Tohtini azad etməyə çağırır. O, keçən həftə Pekindəki evindən yoxa çıxıb və onu həbs edilməsi barədə məlumat yayılıb. Iqtisadçı olan Tohti Sinzian əyalətində Çinin siyasətini tənqid edənlərdən biridir.

Əsasən müsəlman uyğurların məskunlaşdığı Sinzian regionunda gərginlik uzun müddət idi ki, mövcud idi. İyulun 5-i nümayişçilər yoldan ötənlərə hücum edib və maşınları yandırıblar.

Baş verən toqquşmalarda 184 nəfər ölüb. 1680-ə yaxın adam isə yaralanıb. Qarışıqlıq yaratmaqda şübhəli bilinən 1500 nəfər həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG