Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:16

Vəkil Elton Quliyev Emin Milli ilə görüşüb


Vəkil Elton Quliyev
İyulun 13-də vəkil Elton Quliyev Bakı İstintaq Təcridxanasında saxlanan Emin Milli ilə görüşüb. Vəkil «Azadlıq» radiosuna deyib ki, Emin 6 nəfərlik kamerada tək saxlanılır. O, saxlanma şəraitindən narazı deyil:

«Oxumaq üçün qəzet və kitab istəyir. Onu gözləyənlərə də «məndən narahat olmayın» söylədi».

Elton Quliyevin bildirdiyinə görə, Bakı İstintaq Təcridxanasında E.Milliyə tibb yardım göstərilib:

«Həkim müayinə edib, müalicə gedir. Səhhəti qaydasına düşür».

Vəkil Bakı şəhər Apellyasiya Məhkəməsinə şikayət hazırladığını da bildirdi.

Emin Milli və Adnan Hacızadə xuliqanlıqda təqsirləndirilir.

Hər iki şəxs barəsində iki aylıq həbs qərarı seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG