Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:45

Azərbaycan rəhbərliyi rüşvəti nə ilə alıb?


«ABŞ-Kojeniyə qarşı», ABŞ dairə məhkəməsi, Nyu-York

«ABŞ-Kojeniyə qarşı», ABŞ dairə məhkəməsi, Nyu-York

Görəsən hakimiyyətdəki rüşvəti alanda nə ilə alır? Bu sual yəqin çoxlarını maraqlandırır.

Manhattan məhkəməsi 63 yaşlı Frederic Bourke adlı amerikalı biznesmeni təqsirli bilib.

«Praqa qulduru» Viktor Kojeninin yaxın tərəfdaşı olmuş Bourke 1997-1999-cu illərdə Azərbaycan rəhbərliyində həlledici qərarlar verənləri rüşvətlə ələ almaqda günahkar bilinib. Yəni 4 il çəkən məhkəmədə ittihamlar sübuta yetirilib.

Görəsən 10 il bundan qabaq Azərbaycan rəhbərliyində həlledici qərar verən neçə nəfər idi?

Rüşvətin miqdarı bir neçə yüz milyon dollardır.

Rüşvəti nə ilə veriblər?

Məhkəmədə prokuror deyib ki, puldan başqa, rüşvət şəklində zinət əşyaları, lüks mallar, hətta havayı tibbi xidmət verilib.

Havayı tibbi xidmət? Görəsən o vaxt Azərbaycan hakimiyyətində xəstələr kimlər idi?

Amerika qanunları xarici hökumətin məsullarına rüşvət verməyi qadağan edir. Bourke 10 il həbs cəzası alıb.

Bütün bunları «Aspen Times» və «Associated Press» birlikdə yazırlar. Dünyanın bir çox varlılarının yaşadığı Aspen dağ kurortunda Bourkenin evi var. Ona görə yerli qəzet onun həbsindən yan keçə bilməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG