Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:21

Prezident interneti məhdudlaşdıran qanunu imzalayıb


Qazaxıstan Prezidenti Nursultan Nazarbayev həftəsonu interneti nəzarət altına almağa imkan verən qanunu imzalayıb. Yeni qanuna görə, məhkəmələr yerli və xarici internet resursları bağlaya bilər, internet bloqlar və çatlar da kütləvi informasiya vasitəsi kimi qəbul ediləcək və internetdə yazılan istənilən sözə görə müəlliflər cəzalandırıla bilər.

Hökumət yeni qanunun vətəndaşların hüquqlarını daha yaxşı qorumaq üçün qəbul edildiyini bildirsələr də, ATƏT-in Media Azadlığı üzrə xüsusi təmsilçisi Mikloş Haraşti bu qanunu "demokratiya quruculuğu yolunda geriyə addım" adlandırıb.

Qazaxıstan gələn ildən ATƏT-in sədri olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG