Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:48

Diktator sağalmaz xəstəliyə yoluxub


Kim Çen İr mədəaltı vəzinin xərçəngindən əziyyət çəkir
Kim Çen İr mədəaltı vəzinin xərçəngindən əziyyət çəkir
Cənubi Koreyanın «YTN» telekanalı Şimali Koreya Xalq Demokratik Respublikasının (ŞKXDR) lideri Kim Çen İrin sağalmaz xəstəliyə tutulduğu barədə məlumat yayıb. Xəbərdə deyilir ki, o, mədəaltı vəzinin xərçəngindən əziyyət çəkir.

Telekanal məlumatı Cənubi Koreya və Çin kəşfiyyatındakı mənbələrə istinadən yayıb.

Amma Cənubi Koreyanın kəşfiyyat agentliyi ölkə liderinin həyatı üçün təhlükə olduğunu təsdiqləməyib.

Bu günlərdə televiziyada bir müddət əvvəl insult keçirən 67 yaşlı Kim Çen İrin yayımlanan görüntülərində onun saçlarının tökülməsi və arıqlaması aydanca sezilir.

Məlumat bu yaxınlarda ŞKXDR-nın raket və nüvə sınaqları həyata keçirməsindən sonra regionda yaranan gərginlik fonunda yayılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG