Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:47

Gəncədə uşaqlar arasında bağırsaq infeksiyaları artıb


Gəncədə Uşaqlar arasında kəskin bağırsaq infeksiyaları artıb.Cari ilin ilk 6 ayında bu göstərici ilə 72 uşaq qeydə alınmışdırsa, xəstələrin sayının bu ilki göstəricisi 90-na çatıb.

Bu haqda Gəncə şəhər Gigiyena və Epidemiologiya mərkəzinin şöbə müdiri Almaz Tomiyeva bildirib. Onun sözlərinə görə, müxtəlif qida məhsullarından yoluxa bilən bu xəstəlik uşaqların səhhətində ciddi ağırlaşmalara gətirib çıxarır.

«Xüsusən də törədicisi məlum olmayan kəskin bağırsaq infeksiyalarına daha çox təsadüf olunur. Qeydə alınan 90 nəfər xəstədən yalnız 15-də törədici bakteriyaları məlum olan bağırsaq infeksiyalarına rast gəlinib. Belə ki, qusma-işləmə, bədən temperaturunun qalxması, ümumi halsızlıqla müşahidə olunan bu infeksiyalar daha çox qida məhsullarından, ətli pirojkilərdən, çiy süd və süd məhsulları, dondurmalar və müxtəlif şirniyyat məmulatlarından orqanizmə keçir»



XS
SM
MD
LG