Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:48

Şimali Qafqazda polis onlarla silahlını öldürüb


Yerli medianın məlumatına görə son iki gündə Çeçenistanda və Dağıstanda polis onlarla silahlını öldürüb.

Məlumata görə dünən İnquşetiyada baş verən atışmada rəhbərləri də daxil olmaqla dörd yaraqlı qətlə yetirilib.

Dağıstanda da polis yolda nömrəsiz maşını saxlamaq istəyərkən atışma baş verib. Nəticədə maşında olan beş nəfər öldürülüb.

Bu gün isə Çeçenistanın paytaxtı Qroznıda silahlı adamlarla polis arasında atışma baş verib. Çeçenistanın Daxili İşlər Nazirliyi avtomat silahları olan səkkiz yaraqlının öldürüldüyünü bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG