Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:53

Urumçidə yaralıların sayı 1680 nəfər imiş


Rəsmi məlumata görə Çinin Uyöur Muxtar Vilayətində etnik qarşıdurma zamanı çox sayda ölənlərlə yanaşı, 1680 adam da yaralanıb. Bundan əvvəl yalanıların 60 nəfərə olduğu deyilirdi.

Rəsmilər ötən bazar günü vilayıtin mərkəzi Urumçidə xan çinlilərlə uyğur türkləri arasında baş verən qarşıdurmada ölənlərin sayının da 184 nəfər olduöunu bildirir. Amma insan haqları fəalları əslində ölənlərin də daha çox olduğunu deyirlər.

Hakimiyyət orqanları ölənlərin 137-nin xan, 46-nın isə uyğur olduğunu bildirir. Amma uyğurlar ölənlərin sayının gizlədildiyini deyirlər.
XS
SM
MD
LG