Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:58

AZAL-ın helikopteri Xəzərə düşdü


İyulun 12-də AZAL-ın neftçiləri daşıyan «Mi-8» helikopteri qəzaya uğrayıb
İyulun 12-də AZAL-ın neftçiləri daşıyan «Mi-8» helikopteri qəzaya uğrayıb
«Qəza ilə bağlı axtarış xilasetmə işlərinə AZAL-ın 3 helikopteri və iki Mİ-8 helikopteri cəlb edilib. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyinin iki helikopteri axtarş və xilasetmə işlərində iştirak edirlər. Qəza ilə bağlı təhqiqat məqsədi ilə Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının rəhbərliyi ilə komissiya yaradılıb»

Azərbaycan Hava Yolları Dövlət Konserninin (AZALl) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhərrəm Səfərli Azadlıq radiosuna belə deyib. Onun sözlərinə görə Azərbaycan Mülki Aviasiya struktur bölmələrinin mütəxəssisləri komissiyanın işinə cəlb edilib.

Məhərrəm Səfərli bildirib ki, qəza ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən cinayət işi başlamış və istintaq qrupu yaradılmışdır. Hazırda istintaq aparılır.

«Qəza xilasetmə axtarışı zamanı Mİ-8 helikopterin Alik Əliyev, ikinci pilot Vitali Nekrasov və gəmi bort mexanik Adil Əzimov və neftçi Aydın Talıbov xilas edilib. Onların vəziyyəti qənaətbəxşdir. Neftçilərdən Viktor Maslavenko və Rafiq Nemətovun axtarışları davam edir. Onlar Azərbaycan vətəndaşlarıdır»


***

İyulun 12-də AZAL-ın neftçiləri daşıyan «Mi-8» helikopteri qəzaya uğrayıb. Qəza saat 16:30 radələrində Xəzərin Azərbaycan sektorunda, Günəşli yatağı yaxınlığında baş verib.

Bu barədə «Azadlıq» radiosuna Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat verib.

Qəzaya uğrayan helikopter «28 may» yatağındakı 4-cü özüldən havaya qalxıb və onun göyərtəsində 6 nəfər olub.

Onlardan 4 nəfər xilas edilib, digər iki nəfərin axtarışı aparılır.

Xilasetmə əməliyyatına Xəzər Dəniz Neft Donanmasının yaxınlıqda olan gəmiləri və dalğıc heyəti cəlb edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG