Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:50

Rus ordusunun zəif yeri


Rus tankları Tsxinvalidə, 20 avqust 2008
Rus tankları Tsxinvalidə, 20 avqust 2008
Aviasiyanın silahlı münaqişələrdə rolu son illər daha çox artıb və NATO-nun keçmiş Yuqoslaviya kompaniyasında bu öz kulminasiya nöqtəsinə çatdı. Həmin vaxt qələbə məhz hava zərbələri hesabına əldə olunmuşdu. Lakin ötən ilin avqustunda Rusiyanın Cənubi Osetiyadakı əməliyyatları daha çox quru qoşunları hesabına uğurlu olub. Rusiya hava qüvvələri isə bu sahədə zəif olublar və kiçik müddətli əməliyyat üçün böyük hesab olunan itki veriblər. İtkilərin bir səbəbi bu qüvvələrin zəif olması idisə, digər səbəb də Gürcüstanın daha müasir hava qüvvələrinin gücündən istifadəsi idi.

Rusiyada yerləşən Strateji və Texniki Araşdırmalar Mərkəzinin internet səhifəsində yerləşdirilmiş Konstantin Makienkonun «Rusiya Hava Qüvvələri Cənubi Osetiyada zəif fəaliyyət göstəriblər» adlı yazısında belə deyilir.

Müəllif bildirir ki, Rusiya Gürcüstanla münaqişədə 6 hərbi təyyarəsini itirib. Bu da qısa çəkən müharibə üçün böyük itki hesab olunur. Lakin Rusiyanın müdafiə rəsmiləri iddia edirlər ki, bu məlumat yanlışdır. Rusiya Silahlı qüvvələri qərargahının sədri Anatoli Novoqitsın deyir ki, Rusiya artıq müharibə itirdikləri barədə məlumat verib və əlavə olunmalı heç nə yoxdur. Bu ölkənin silahlı qüvvələr rəsmiləri Rusiyanın Gürcüstanla olan münaqişədə 4 təyyarə itirdiyini iddia edirlər.

Strateji və Texniki Araşdırmalar Mərkəzinin hər bir itki, onun vaxtı və pilotun adını da qeyd edib. Yazıda Rusiya ordusu və Rusiya silahlı qüvvələri arasında əməkdaşlıq olmadığı deyilir. Buna görə də onlar ayrı-ayrılıqda fəaliyyət göstəriblər.

Yazıda deyilir ki, Rusiya Hava Qüvvələri Cənubi Osetiyada apardıqları əməliyyatda üstünlük əldə edə bilmirdilər. Kiçik dağ yolları ilə irəliləyən quru qüvvələri tamamən Gürcüstanın hava zərbələrinə məruz qalırdı. Rusiya hava qüvvələrinin quru qoşununu müdafiə ilə təmin etməsi barədə heç bir məlumat yoxdur. Gürcülərin hava qüvvələri hətta döyüşün axırıncı gününədək rus qüvvələrinə hücum etdi.

Rusiya aviasiyasının Gürcüstanla müharibədə uğurlu hesab olunan yeganə əməliyyatı Gürcüstanın hərbi və inzibati hədəflərinin vurulması idi. Vurulan ziyan cüzi idi, lakin gürcü qüvvələrinə mənəvi təsiri olmuşdu.

Müəllif Konstantin Makienkonun yazır ki, ümumilikdə, Cənubi Osetiyadakı əməliyyat Rusiya Hava Qüvvələrinin hərtərəfli müasirləşməsinə ehtiyac duyulduğunu da göstərdi. Müasirləşmədən əlavə isə bu qurum öz döyüş təlimini də gücləndirməlidir və daha çox düşmənin hava qüvvələrindən müdafiəni təlim etməlidir.

Rusiyada yerləşən Strateji və Texniki Araşdırmalar Mərkəzinin internet səhifəsində yerləşdirilmiş Konstantin Makienkonun «Rusiya Hava Qüvvələri Cənubi Osetiyada zəif fəaliyyət göstəriblər» adlı yazısında belə deyilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG