Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:29

Obama deyir ki, Taliban qovulur, amma tam qələbəyə çox var


ABŞ prezidenti Barak Obamanın verdiyi məlumata görə müttəfiq qüvvələr Əfqanıstanda Talibanı geri qovublar. Prezident əlavə edib ki, onların qovulmalarına baxmayarq, münaqişənin başa çatmasına hələ çox var.

Obama Britaniyanın Sky televiziyasına müsahibəsində onu da əlavə edir ki, onun hökuməti bu yayın Əfqanıstanda sərt döyüşlərlə keçəcəyini düşünür.

Barak Obama deyir ki, indi Helmand əyalətində aparılan əməliyyatların başlıca məqsədi Əfqanıstanda gələn ay keçiriləcək prezident seçkiləri dövründə sabitliyi saxlamaqdır.

ABŞ prezidenti hesab edir ki, Əfqanıstanın təhlükəsizliyini öz əlinə alması üçün dünya ictimaiyyətinin hərbi və diplomatik cəhdlərini sürətləndirmələri lazım olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG