Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 20:56

«İçərişəhər» metrostansiyası iyulun 15-də bağlanır


«İçərişəhər» metrostansiyası iyulun 15-də bağlanır. «Lent.az»ın verdiyi məlumata görə, bu barədə metronun giriş hissəsində elan vurulub. Elanda stansiyanın fəaliyyətinin dayandırılması rekonstruksiya işlərinin aparılması ilə izah edilir.

İyulun 15-dən etibarən stansiyada eskalatorların əvəzlənməsi işlərinə başlanacaq. Eskalatorların əvəzlənməsi işləri sentyabr ayının 10-dək tam başa çatdırılacaq.

Yeni eskalatorlar Fransanın «Systra» şirkətinin istehsalıdır.
XS
SM
MD
LG