Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:48

Ukrayna: Beş il Rusiyasız


İndi ukraynalılar işləyib, Rusiya büdcəsi üçün pul yığırlar
İndi ukraynalılar işləyib, Rusiya büdcəsi üçün pul yığırlar
Beş il keçib, amma Ukraynada hələ də götür-qoy eləyənlər var ki, hökumət Rusiyaya arxa çevirməklə, tərəzinin gözünü Qərbə tərəf əyməklə düz elədi, yoxsa, yox... Axırıncı qaz qalmaqalları, Ukraynanı hədələyən iqtisadi böhrandan sonra bu sual daha tez –tez eşidilməyə başlayır.

Azərbaycandan fərqli olaraq, Ukrayna Qərblə Rusiya arasında balans siyasətinə 2004-cü ilin payızında «nöqtə» qoydu. «Narıncı inqilab»la hakimiyyətə gətirilən Viktor Yuşşenko arxasına baxmayıb, üzünü Qərbə çevirdi. Bu, isə deyəsən, «böyük qardaş»ın xoşuna gəlmədi.

İndi ukraynalılar işləyib, Rusiya büdcəsi üçün pul yığırlar. Artıq Ukraynada hökumət səviyyəsində etiraf edirlər ki, kredit tapılmasa, ölkənin vəziyyəti ağırlaşa bilər. Məsələ burasındadır ki, bu ilin yanvarında Ukrayna ilə Rusiya arasında bağlanmış müqavilə şərtlərinin nəticəsi kimi Ukraynanın «Naftaqaz» şirkəti zərərlə işləyir. İndiyə kimi Avropa ölkələri qazın 40 faizə qədərini Rusiyadan alırdılar. Həmin qazın əksər hissəsi Ukrayna ərazisindən keçib Avropaya gəlir. Amma 2008-ci ilin axırında Rusiyanın «Qazprom» şirkəti rəsmi Kiyevi qaz oğurluğunda ittiham elədi və Avropaya gedən qazın açarını «burdu». Beləliklə, Ukrayna avropalıları soyuqda qoymamaqdan ötrü Rusiya ilə yeni - daha yüksək tariflər müqavilə imzalamalı oldu. Amma Avropa ölkələri artıq Ukrayna vasitəsilə aldıqları qazın həcmini azaltmışdılar deyə, «Naftaqaz»ın xərcləri artdı, gəlirləri azaldı, Ukrayna üçün çətin vəziyyət yarandı. «Naftaqaz»ın vəziyyəti elədir ki, indi o, banklardan kredit də ala bilmir.
(yazı videonun altında davam edir)
Ukraynada Konstitusiya günü
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00
Direct-ə keçid


«Rusiyanı belə qıcıqlandırmayaydı»

Ukraynanın yerli QHT-lərindən biri «NOMOS-Center»in sədri Mixail Qonçar deyir ki, gərək Ukrayna Rusiyanın bu cür qıcıqlana biləcəyini əvvəlcədən proqnozlaşdıraydı və addımlarını daha ehtiyatla ataydı.

Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ukrayna ilə Rusiya arasında mətbuatda deyildiyi kimi «qaz müharibəsi» yoxdur, sadəcə olaraq Kiyev qaydalara əməl etmir.

Ukraynada ümumi fikir belədir ki, Moskva «kiçik qardaşı»ndan dönüklüyün qisasını alır.

Hələlik Avropa Birliyinin mövqeyi belədir ki, bu, «Qazprom» və «Naftaqaz» arasındakı əsasən iqtisadi mübahisədir və tezliklə yoluna qoyulmalıdır. Avropa Birliyindəki mənbələr bildirirlər ki, indi Ukrayna üçün kreditin ayrılması ilə bağlı danışıqlar gedir və sentyabrda bu, mümkün ola bilər.

Ukraynanın qazancları

Amma inqilabdan sonra Ukraynanın qazandıqları da az olmayıb. Ukrayna Baş nazirinin Avropaya İnteqrasiya üzrə keçmiş vitse-prezidenti Oleq Rıbaçuk deyir ki, 2004-cü ildəki «narıncı inqilab»a qədər müxalifət liderləri efir üzünə həsrət idilərsə, indi onlar televiziyada çıxışlar edə bilirlər. Rıbaçuk Yuliya Timoşenkonun 1-ci baş nazirliyi dövründə işləyib.

Ukraynada Siyasi Menecment İnstitutunun rəhbəri Konstantin Bondarenko da deyir ki, ölkənin «narıncı inqilab»dan əsas qazancı azad media oldu. Amma ukraynalıların demokratiya lə bağlı daşa dəyən arzuları da az deyil:

«Yuşşenko vəd eləmişdi ki, korrupsiyanı bir ilə ləğv edəcək, amma indi beynəlxalq reytinqlərə görə Ukrayna çox korrupsiyalaşmış ölkələrdən biridir».

Banderonko deyir ki, indi Ukraynada yarımçıq qalmış inqilabı davam etdirmək lazımdır - ölkədə dəyişiklik eləmək vacibdir:

«İnanıram ki, Yuşşenko buna mane olmayacaq, çünki ürəyinin dərinliyində o, demokratdır».

İnqilabın bir nəticəsi kimi Ukrayna Şərq Tərəfdaşlıq Proqramı və Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Birliyinin ən çox önəm verdiyi ölkə sayılır. Amma ukraynalılara da aydındır ki, üzvlükdən yaxın müddətdə söhbət gedə bilməz.

Başqa MDB ölkələrindən fərqli olaraq Ukraynanın NATO-ya üzv olacağını artıq bu təşkilat özü bəyan edib. 2008-ci ilin aprelində Buxarest sammitində bu barədə bəyan edilib. Amma hələ ki, NATO da qapılarını Ukraynaya «taybatay» açmağa tələsmir.

Qarşıdan seçki gəlir

Bütün bunların fonunda Ukrayna yenə yol ayırıcındadır. Ölkə seçkiyə hazırlaşır. «Narıncı inqilab»dan sonra bu, birinci prezident seçkisi olacaq. Qarşıda isə hələlik üç seçim var - Qərbyönümlü Yuşşenko, gah ABŞ, gah Rusiya arasında manevrlər edən sünbül hörüklü Timoşenko və onun tərəfdaşı Rusiyameylli Yanukoviç, bir də Arseniy Yatsenyuk - hansı ki, indiyə kimi bir neçə məmur postunda işləyib. Seçimi Ukrayna xalqı edəcək. Ukraynanın gələcək rəngini isə zaman göstərəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG