Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:30

Barak Obama Qanaya gedib


ABŞ prezidenti Barak Obama qərbi Afrika ölkəsi Qanaya gedib.

Onu ölkə prezidenti Con Atta-Milla qarşılayıb.

Barak Obamanın bu gün Qana parlamentində çıxışı və əvvəllər qul bazarı kimi istifadə olunmuş sahildəki istehkama baş çəkəcəyi gözlənilir.

Qana Afrika ölkələri arasında daha demokratik və iqtisadi cəhətdən inkişaf eləmiş ölkə sayılır.

Barak Obama Qanaya böyük 8-lər ölkələrinin sammitinin keçirildiyi İtaliyadan gedib.

Böyük 8-lər ölkələrinin liderləri Afrika da daxil olmaqla yoxsul ölkələrə yaxın 3 il ərzində 20 milyard dollar yardım vəd ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG