Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:39

Azərbaycanda rüşvət verir, Amerikada mühakimə olunur


«ABŞ-Kojeniyə qarşı», ABŞ dairə məhkəməsi, Nyu-York
«ABŞ-Kojeniyə qarşı», ABŞ dairə məhkəməsi, Nyu-York
Azərbaycanda rüşvət verməkdə ittiham olunan biznesmen Frederik Burk bir neçə maddə üzrə günahkar bilinib.

Bu haqda iyulun 10-da qərar çıxaran Nyu-York məhkəməsi onun hökumət əleyhinə fırıldaqçılıqda, ABŞ vətəndaşlarına xaricdə rüşvət verməyi qadağan edən Xaricdə Korrupsiya Təcrübəsi Aktını pozmaqda günahını təsbit edib.

«Reuters»in xəbərinə görə, məhkəmə 63 yaşlı Burkun qanunsuz gəlirlərin leqallaşdırılması cəhdləri üzrə günahını sübutsuz sayaraq bu ittihamı rədd edib.

Burka qarşı cinayət işi 2005-ci ildə açılıb. O, Azərbaycanın Dövlət Neft Şirkətinin özəlləşdirilməsi məqsədilə Azərbaycan rəhbərliyinə rüşvət vermək üçün çexiyalı Viktor Kojeni ilə əlbir olmaqda günahlandırılırdı.

Kojeni hazırda Baham adalarında yaşayır. Onun ekstradisiyası üçün müraciət olunub.

Frederik Burka hansı cəzanın verildiyi barədə məlumat verilmir.
XS
SM
MD
LG