Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:53

Erdoğan: “soyqırım kimi bu hadisəyə səssiz qalmayacağıq”


Türkiyənin Baş naziri Rəcəb Tayyib Erdoğan Çinin SIncan əyalətində baş verən zorakılıqları soyqırım kimi bir əməl adlandırır. Erdoğan “soyqırım kimi bu hadisəyə səssiz qalmayacağıq” deyib.

Ötən bazar günü Uyğur Muxtar Vilayətinin mərkəzi olan Urumçi şəhərində xan çinlilərlə uyğur türkləri arasında qarşıdurmada rəsmi məlumata görə 156 adam həlak olub.

Pekin sakitlik yaratmaq üçün şəhərə çox sayda silahlı qüvvə yerləşdirib.

Çin hakimiyyəti Sincanda cümə namazı üçün məscidlərin çoxunu bağlamaq istəsə də bu, mümkün olmayıb.

Çinin prezidenti də daxil olmaqla yüksək səviyyəli rəsmiləri bu qırğında əli olanları amansız cəza gözlədiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG