Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:39

Medvedev hədələrini təkrar edir


Rusiya prezidenti Dmitri Medvedev deyir ki, ABŞ-ın Mərkəzi Avropada raketdən müdafiə sistemləri yerləşdirməsi iki ölkə arasında nüvə silahının azaldılması barədə danışıqlara pis təsir edərdi.

Medvedev həmçinin öz hədələrini bir daha təkrar edib ki, Vaşinqton öz planlarında israr edərsə, onlar da Kalininqradda raketlər yerləşdirəcək.

Medvedev bu barədə iyulun 10-da İtaliyada keçirilən sənayecə inkişaf etmiş ölkələrin birliyi olan Böyük Səkkizliyin iclasında çıxışında bildirib.

Bundan bir gün əvvəl Pentaqonun Raketdən Müdafiə Agentliyi məlumat vermişdi ki, ABŞ özünün Avropada müdafiə sistemlərinin yaradılması planlarının həyata keçirilməsində Rusiya əməkdaşlıq edəcəklərinə ümid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG